IQNA

Bəhreyn kralının İmam Hüseyn (ə) barədə qəribə iddiaları

14:10 - October 08, 2016
Xəbər sayı: 3480877
Terhan, 08.10.2016 – Bəhreyn kralı şiə imamları qəbul etdiyini iddia edir. Lakin ölkədə şiə müsəlmanlarına qarşı təqib, sıxışdırma, vətəndaşlıqdan çıxarma siyasəti hələ də davam edir.

Bəhreyn kralının İmam Hüseyn (ə) barədə qəribə iddiaları


İQNA -
Bəhreyn Daxili İşlər Nazirliyi şiə müsəlmanlarının yaşadığı 15-dən çox kəndə hücum edərək, qara bayraqları və matəm əlamətlərini toplayıb.

Bundan sonra Aşuranı dəyərli dini vasitə kimi qəbul etdiyini iddia edib. Bundan əlavə Bəhreyn kralı Həmd ibn İsa Xəlifə daha da qəribə bir iddia irəli sürüb. Bu, Bəhreyn kralının Hüseyn ibn Əli günümüzdə yaşamış olsaydı, onun yanında yer alacağı iddiasıdır. Daha əvvəllər Səddam Hüseyn Hz.Əlinin atası olduğunu, Liviya Prezidenti Qəddafi də İmam Musa Kazımın nəslindən gəldiyini iddia etmişdi. Bəhreyn saytının yazdığına görə, Bəhreyn kralı ərəb dünyasının yox olan iki liderinin siyasətini mənimsəmiş görünür. Həm sevirirk deyir, həm də qarşı çıxır. Krallıq altı il üst-üstə Aşura mərasimlərində vaxtaşırı amansız hücumlar təşkil edib.

Bəhreyn kralı şiə imamları qəbul etdiyini iddia edir. Lakin 2011-ci ildən bu günə qədər Bəhreyn əhalisinin əksəriyyəti olan Əhli-Beyt davamçılarına aid 40-dan çox məscid və mərkəzi viran qoyub, inanclarına geniş və amansızlıqla hücum edib.

Bəhreyn İnsan Haqları Mərkəzi yayımladığı bəyannamədə "Bəhreyn hüquq-mühafizə orqanları bu ölkədəki 15-dən çox regionda Məhərrəm mərasimi ilə bağlı yazılmış parça və plakatları toplayıb və polis xalqın etirazlarına cavab olaraq tapança və gözyaşardıcı qaz istifadə edib", - deyə bildirib.

Ali Xəlifə hakimiyyəti qüvvələri dörd aydan çoxdur əl-Deraz regionunu əhatə edib və Məhərrəm günlərində bölgəyə din alimlərinin girişinə maneə törədir. Təhlükəsizlik qüvvələri 2015-ci ildə Məhərrəm mərasimlərində 175 hücum həyata keçirib. Bu mərasimlərə qatılan alim və məddahlardan 15 nəfər həbs olunub. Hökumət qüvvələrinin hücumu nəticəsində dörd əzadarlıq heyətinə kimyəvi qaz istifadə etməsi ilə 45 vətəndaş xəsarət alıb. Qeyd edək ki, Bəhreyn kralının ölkədə şiə müsəlmanlarına qarşı təqib, sıxışdırma, vətəndaşlıqdan çıxarma siyasəti hələ də davam edir.

Mənbə: eastnews

captcha