Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadən xəbər verir ki, Təxminən 100 min müsəlmanın yaşadığı Belarusda, 1890-ci ildə inşa edilən ancaq SSRİ dövründə yerinə otel tikilməsi üçün sökülən Minsk məscidi, Türkiyə Diyanət Vəqfi tərəfindən yenidən tikilib.
Məscidin tikintisinə 2014-cü ildən başlanılıb və yaxın vaxtlarda məscidin rəsmi açılışı olacaq.