IQNA

Keşmir və Camu muzeylərində Quranın qədim nüsxələri

14:54 - December 25, 2016
Xəbər sayı: 3481187
Camu və Keşmirin milli və dini əsərlərini ehtiva edən muzeyləri "Turizim Nazirliyi" tərəfindən və "Müinul-İslam Birliyi"nin həmkarlığı ilə Keşmirdə və Camuda təsis edilmişdir.

İQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "tribune İndia" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Camu və Keşmirin milli və dini əsərlərini ehtiva edən muzeyləri "Turizim Nazirliyi" tərəfindən və "Müinul-İslam Birliyi"nin həmkarlığı ilə Keşmirdə və Camuda təsis edilmişdir.

Bu iki muzey Quran-Kərimin müxtəlif dillərdə qədim nüsxələri, qədim təfsir nüsxələri, qədim əlyazma ədəbiyyatlar, qədim İslami kitablar və Həzrət Məhəmmədin (ə) sirəsini ehtiva edən qədim əlyazma nüsxələr üçün xəzinədirlər.

Bu muzeydə Orta Asiya ölkələrinin, Keşmirin və Təbetin incəsənət əsərləri irsi, qədim əlyazma nüsxələr, əl işləri sənayesi nümunələri və s... qorunub saxlanırlır ki, bəzi ekspanatların qədimilik tarixi 400 il öncəyə qayıdır.

Muzeydə qədim İslami ədəbiyyat, Quran təfsiri nümunələri və digər İslami irs nümunələri sərgiyə qoyulub.

Bu muzeylərin açılış mərasimində Camu və Keşmirin təhsil naziri Nəim Əxtər də iştirak edib.

Məhbubə Müfti – Hindistanın Keşmir və Came əyalətinin baş naziri, Ledax regionuna baş çəkdiyi zaman "Ləh" şəhərində Orta Asiya incəsənət muzeyinin də açılış mərsimini keçirib və muzeyin genişləndirilməsi və inkişafı üçün maddi yardım da göstərib və mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsinin zəruri olduğunu vurğulayıb.

http://www.iqna.ir/fa/news/3556041


captcha