IQNA

İsveçdə İŞİD-in 6 üzvü  mühakimə edildi

9:04 - January 08, 2019
Xəbər sayı: 3484489
İsveçin ali məhkəməsi bu ölkənin 6 vətəndaşını Suriyada döyüşən İŞİD terrorçularına maddi maliyyə dəstəyi göstərdiklərinə görə mühakimə edib.

İsveçdə İŞİD-in 6 üzvü  mühakimə edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  dünən, həftənin birinci günü, 7 Yanvar 2019-cu il, İsveçin ali məhkəməsi bu ölkənin 6 vətəndaşını Suriyada döyüşən İŞİD terrorçularına maddi maliyyə dəstəyi göstərdiklərinə görə mühakimə edib.

Həmin altı nəfərin üç nəfəri həm də terror əməliyyatları keçirmək üçün proqram hazırladıqlarına görə ittiham ediliblər. Onların gizlətdikləri 500 kq. kimyəvi maddə, soyuq silah, qaz əleyhinə maska və digər hərbi sursatlar kəşf edilərək götürülüb.

Mühakimə olunan terrorçuların mobil telefonlarından İsveçin paytaxtı Stokholumun mühüm inzibati ərazilərinin fotoları da əldə edilib. Terrorçularin həmin ərazilərdə terror cinayətləri törədəcəkləri barədə planları məlum olub.

Mühakimə olunan terrorçuların 5 nəfəri Özbəkistan və digər bir nəfəri isə Qırğızıstan əsillidir.

http://iqna.ir/fa/news/3779374

 

 

Teqlər: İsveç ، terror ، İŞİd
captcha