IQNA

Küveytin beynəlxalq Quran yarışlarının təfərrüatı açıqlandı

8:15 - January 10, 2019
Xəbər sayı: 3484502
Küveytin Vəqflər (İslami Fondlar) Naziri Fərid İmadi həftənin ikinci günü (8 Dekabr 2019) keçirdiyi mətbuat konfransında 10-cu Küveyt Mükafatı Beynəlxalq Quran Yarışlarının təfərrüatını açıqlayıb.

Küveytin beynəlxalq Quran yarışlarının təfərrüatı açıqlandıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Küveytin Vəqflər (İslami Fondlar) Naziri Fərid İmadi həftənin ikinci günü (8 Dekabr 2019) keçirdiyi mətbuat konfransında 10-cu Küveyt Mükafatı Beynəlxalq Quran Yarışlarının təfərrüatını açıqlayıb.

Küveytin Vəqflər (İslami Fondlar) Naziri və 10-cu Küveyt Mükafatı Beynəlxalq Quran Yarışlarının keçirilməsi komitəsinin rəisi Fərid İmadi media fəallarının və yarış təşkilatçılarının iştirakı ilə keçirilən mətbuat brifinqində bu ilin yarışlarına "azyaşlı Quran hafizləri" proqramının da əlavə edildiyinin xəbər verib.

O bu yarışların cari ilin (2019) Aprel ayında keçiriləcəyinə işarə edərək deyib ki, yarışların müxtəlif bölmələrinin mükafatlarının məbləği ümumilikdə 167 min Küveyt dinarıdır.

Cari ilin yarışlarındakı yeniliklərdən danışan İslami Fondlar Naziri vurğulayıb: Quran yarışlarına Qurani-Kərimin məşhur yeddilik və onluq qiraəti və Qurana texniki xidmətlər bölməsi də əlavə edilib. Qurani-Kərimə texniki xidmətlər bölməsində bu sahədə, yəni Quran maarifini müasir texnologiyadan istifadə edərək internet və elektron xidmətlər vasitəsi ilə yaymaqda aktiv olanlar təşviq ediləcəklər.

O, yarışlara "azyaşlı Quran hafizləri" bölməsinin artırılmasına işarə edərək deyib: Azyaşlı Quran hafizləri Qurani-Kərimin onluq qiraət əsasında bütöv hifzi, tilavət və tərtil və texniki xidmətlər üzrə yarışacaqlar.       

Qeyd edək ki, 10-cu Küveyt Mükafatı Beynəlxalq Quran Yarışları cari ilin Aprel ayında 79 ölkədən 130 nəfərin iştirakı ilə keçiriləcəkdir.  

Bu yarışlarda İran İslam Respublikasını Qurani-Kərimin peşəkar qiraəti üzrə Mehdi Qulamnəjad və Qurani-Kərimin bütöv hifzi üzrə Məhəmməd Cavad Delfani təmsil edəcəklər.

http://iqna.ir/fa/news/3779759

Küveytin beynəlxalq Quran yarışlarının təfərrüatı açıqlandı

captcha