IQNA

Sionist idmançıların Malayziyaya daxil olmalarına icazə verilməyəcək

13:00 - January 11, 2019
Xəbər sayı: 3484506
Malayziyanın baş naziri Mahatir Muhəmməd deyib ki, sionist idmançıların Malayziyaya daxil olmaları üzrə lazımi sənədləri verməyəcəkdir.

Sionist idmançıların Malayziyaya daxil olmalarına icazə verilməyəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mahatir Muhəmməd müxbirlərlə müsahibədə Malayziyanın sionist rejimin işğalçılıqları və cinayətləri qarşısında  Fələstin xalqını himayə siyasətini bir daha vurğulayaraq, deyib: Bu siyasətə əsasən, Malayziya paraüzgüçülük üzrə 2019-cu il dünya çempionatında iştirak üçün sionist idmançılara viza verməyəcəkdir.

Paraüzgüçülük üzrə 2019-cu il dünya çempionatı 2019-cu il iyulun 25-dən avqustun 4-dək Malayziyanın Kuçin şəhərində keçirilməlidir.

Malayziya baş nazirinin sözləri bəzi mediaların qeyd olunan yarışlarda iştirak məqsədilə sionist idmançıların Malayziyaya daxil olmaları üzrə vizanın alınması üçün sionistlərin Kuala-Lumpura təzyiq göstərmələri barədəki məlumatlarından sonra yayılıbdır.

Malayziya sionist rejimlə diplomatik əlaqələrə malik deyil. Malayziyanın hökuməti və xalqı daim beynəlxalq arenalarda fələstinlilərin himayədarlarından olublar. 

Teqlər: malaziya ، sionist ، idmançı
captcha