IQNA

Avropada "Ruhingiyalı qadınların əzabı" sərgisi

23:41 - January 11, 2019
Xəbər sayı: 3484508
Belçikanın paytaxtı Brüksel şəhərində yerləşən Avropa parlamentinin qərargahında "Ruhingiyalı müsəlman qadınların əzabı" sərgisi təşkil edilib.

Avropada İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Belçikanın paytaxtı Brüksel şəhərində yerləşən Avropa parlamentinin qərargahında "Ruhingiyalı müsəlman qadınların əzabı" sərgisi təşkil edilib.

"Ruhingiyada dastanlar; şok, uyğunlaşmaq, ümid" devizi və ruhingiyalı müsəlman qadınların əzablarını təsvirə çəkmək hədəfi ilə keçirilən bu sərgidə Myanma və Banqladeş sərhədində sığınacaqlarda qalan qadınların dastanı danışılır.

Bu sərgi cari həftənin ikinci günü (8 Yanvar 2019) öz işinə başlayıb. Səgidə ruhingiyalı qaçqınların qəmli və müsibətli dastanlarını əks etdirən tablolar nümayiş olunur.

Avropa parlamentinin mühafizəkar üzvü Nuşina Şahin Mübarək sərginin açılış mərasimində əsas hədəfinin ruhingiyalı qaçqınların unudulmaması olduğuna işarə edərək deyib: Sərigdəki bu tablolar ruhingiyalı müsəlman qadınlara dəyən zərər və zərbənin ağırlığını və onların gələcəyə olan ümidlərini əks etdirir.  

Qeyd edək ki, Avropa parlamentinin mühafizəkar üzvü Nuşina Şahin Mübarək keçən ilin Aprel ayında ruhingiyalı qaçqınların Banqladeşin Kakasbazar regionunda yerləşən qaçqın düşərgəsində olmuş və onların problemləri ilə maraqlanmışdı.  

http://iqna.ir/fa/news/3780250  

Teqlər: myanma ، ruhingiya ، raxin ، banqladeş ، kakasbazar
captcha