IQNA

Tehranın Hacı Hüseyn Məlik muzeyi

8:34 - January 12, 2019
Xəbər sayı: 3484511
İranın incəsənət və mədəniyyətini sevən və yaşadanlardan biri olan Hacı Hüseyn Məlik 1278 ildə (119 il öncə) Xorasan əyalətinin Məşhəd şəhərində Milli Muzey və Kitabxana təsis etdi.

Tehranın Hacı Hüseyn Məlik muzeyiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İranlı tacir, xeyriyyəçi, İranın incəsənət və mədəniyyətini sevən və yaşadanlardan biri olan Hacı Hüseyn Məlik 1278 ildə (119 il öncə) Xorasan əyalətinin Məşhəd şəhərində Milli Muzey və Kitabxana təsis etdi.

Bir müddət sonra isə bu kitabxana və muzey kompleksini Tehranın "Beynul-Hərəmeyn" bazarındakı ata mülkünə köçürdü ki, elm və fəzilət əhli istifadə edə bilsin.

1316-cı ildə isə "vəqfnamə" (bir şəxsin öz ixtiyarında olan əmlakını hansısa xeyriyyə fondunun adına və ya xeyriyyə işi üçün sənədləşdirməsi) yazaraq kitabxana və muzeyi Həzrət İmam Rzanın (ə) hərəminin idarəçiliyinə verdi.

Sonralar tacirin öz adı ilə məşhurlaşan (Məlik Muzeyi) milli kitabxana və muzeyin altı əsas bölməsi vardır: Qədim sikkə və pullar, incəsənət əsərləri, laki, xalça, rəssamlıq tabloları və poçt markaları. Bundan əlavə muzeyin kitabxanasında minlərlə qədim və nəfis əlyazma nüsxələr, qədim xəttatlıq və hüsnxətt nümunələri, litoqrafiya (daş) çapı nüsxələri və Qurani-Kərim litoqrafiya çapı nümunələri vardır.

Hacı Hüseyn Məlik milli kitabxana və muzeyi İran İslam Respublikasının paytaxtı Tehranın "Məşq meydanı" mədəniyyət kompleksində yerləşir və hər gün onlara mədəniyyət, incəsənət və tarixə marağı olanlar bu muzeyi ziyarət edir.  

http://iqna.ir/fa/news/3769809

Tehranın Məlik muzeyi Tehranın Məlik muzeyi Tehranın Məlik muzeyi Tehranın Məlik muzeyi Tehranın Məlik muzeyi Tehranın Məlik muzeyi Tehranın Məlik muzeyi Tehranın Məlik muzeyi Tehranın Məlik muzeyi Tehranın Məlik muzeyi Tehranın Məlik muzeyi Tehranın Məlik muzeyi Tehranın Məlik muzeyi Tehranın Məlik muzeyi Tehranın Məlik muzeyi Tehranın Məlik muzeyi Tehranın Məlik muzeyi Tehranın Məlik muzeyi Tehranın Məlik muzeyi Tehranın Məlik muzeyi Tehranın Məlik muzeyi

 

 

 

captcha