IQNA

Ayətullah Xamenei 50 min məhkumun əfv olunması ilə bağlı göstəriş verib

7:39 - February 05, 2019
Xəbər sayı: 3484638
İslam İnqilabının 40-cı ildönümü münasibətilə Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin göstərişi əsasında  50 min məhbus əfv olunacaq. Bunu İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amuli deyib. 
Ayətullah Xamenei 50 min məhkumun əfv olunması ilə bağlı göstəriş veribİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam İnqilabının 40-cı ildönümü münasibətilə Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin göstərişi əsasında  50 min məhbus əfv olunacaq. Bunu İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani deyib. 
O bildirib ki,  Ali Rəhbərin sərəncamı ilə bu məhbusların böyük əksəriyyəti zindandan azad olacaq. Digər hissəsinin isə  çəkilməmiş cəzası azaldılacaq. 
Qeyd edək ki, fevral ayının 1-i Tehranda İmam Xomeynini tarixdə görünməmiş izdiham qarşılayıb. Tehranın Mehrabad hava limanında qısa çıxışdan sonra İslam İnqilabının şəhidlərini ziyarət etmək üçün Behişte-Zəhra qəbiristanlığına gedib, Xalq qarşısında günün məsələlərindən danışıb. İmam Xomeyni İrana qayıdandan 10 gün sonra, 22 Bəhməndə (11 fevral, 1979-cu il) İranda əzəmətli İslam İnqilabı qəti qələbə çalıb.
İmam Xomeyninin (r) İrana döndüyü 12 Bəhməndən (1 fevral)  inqilabının qələbə çaldığı 22 Bəhmənə (11 fevral) qədər İslam İnqilabının "Fəcr dekadası" (Fəcr Ongünlüyü) adlandırılır.
Hər il bu münasibətlə “Fəcr ongünlüyü” bayram şənlikləri İranla yanaşı dünyanın müxtəlif ölkələrində təntənəli qeyd olunur. 
captcha