IQNA

İraqın Quran hafizi xanımları Kərbəlada toplandılar

23:39 - February 10, 2019
Xəbər sayı: 3484667
İraqın Quran hafizi xanımları universitet və dini hövzənin Quran sahəsindəki məsələlərini müzakirə etmək hədəfi ilə ikinci dəfə Kərbəlada keçirilən seminara toplanıblar.

İraqın Quran hafizi xanımları Kərbəlada toplandılarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Quran hafizi xanımları universitet və dini hövzənin Quran sahəsindəki məsələlərini müzakirə etmək hədəfi ilə ikinci dəfə Kərbəlada keçirilən seminara toplanıblar.

Bu seminar "İmam Həsən (ə)" adın zəvvarlar şəhərciyində İmam Hüseynin (ə) müqəddəs hərəminin Darul-Quran idarəsinin nəzarəti ilə keçirilir.

QAF xəbər agentliyinin informasiya portalının bu barədə verdiyi məlumata əsasən, bu seminar 250 nəfər Quran hafizi xanımın iştirakı və İraqın qadınlar üçün "Bəsair" Quran təşkilatının həmkarlığı ilə dünən (9 Fevral 2019) başlayıb və gələn həftənin üçüncü gününədək davam edəcəkdir.

Sayca ikinci olan bu seminarda İraqın bütün Quran təşkilatları və müqəddəs ziyarətgahlarının nümayəndələri, habelə xarici qonaqlar iştirak edirlər.    

http://iqna.ir/fa/news/3788875  

captcha