IQNA

İsrail sosial şəbəkələrdə hər 66 saniyədə Fələstin əleyhinə yazı yazır

23:05 - March 11, 2019
Xəbər sayı: 3484829
Bu barədə aparılan son araşdırmaların nəticələri göstərib ki, işğalçı sionist rejimi İsrailin qəsəbə sakinləri olan trolları 2018-ci ildə sosial şəbəkədə öncəki illərdən daha aktiv olublar.

İsrail sosial şəbəkələrdə hər 66 saniyədə Fələstin əleyhinə yazı yazırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işğalçı sionist rejimi İsrailin trolları 2018-ci ildə sosial şəbəkələrdə hər 66 saniyədə bir dəfə Fələstin əleyhinə yazı paylaşıblar.

Bu barədə aparılan son araşdırmaların nəticələri göstərib ki, işğalçı sionist rejimi İsrailin qəsəbə sakinləri olan trolları 2018-ci ildə sosial şəbəkədə öncəki illərdən daha aktiv olublar.

Sosial Şəbəkələrin Genişləndirilməsi Mərkəzinin "Həmlə" Ərəb bölməsinin aradaşdırmalarının nəticəsinə görə, 2018-ci ildə sosial şəbəkələrdə hər 66 saniyədə Fələstin əleyhinə məlumatlar paylanılıb. İl ərzində bu paylaşımların sayı 474 mindən çox ilub.

Bu rəqəm 2017-ci il ilə müqayisədə çoxalmışdır. 2017-ci ildə Fələstin əleyhinə hər 71 saniyədə sosial şəbəkə paylaşımları olub.

Qeyd edək ki, hesabatda Fələstin əleyhinə paylaşılan sosial şəbəkə yazılarının çoxunun İsraildə "yəhudi qövmü" qanunu təsdiqləndikdən sonra yazıldığı vurğulanıb.    

http://iqna.ir/fa/news/3797181

 

captcha