IQNA

Avstraliyanın Moda Festivalında hicablı model iştirak edir

12:00 - March 12, 2019
Xəbər sayı: 3484832
Avstraliyanın Melburn şəhərinin hicablı müsəlman xanım modelyeri Hənnanə İbrahim ilk dəfə bu ölkənin Moda Festivalında iştirak ilə diqqəti özünə cəlb edib.

Avstraliyanın Moda Festivalında hicablı model iştirak edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avstraliyanın Melburn şəhərinin hicablı müsəlman xanım modelyeri Hənnanə İbrahim ilk dəfə bu ölkənin Moda Festivalında iştirak ilə diqqəti özünə cəlb edib.

Hənnanə İbrahimin 25 yaşı var. Onun əsli Sumalidəndir. Bundan öncə məşhur geyim dizaynerləri üçün işləmişdir. Bu işdə müsəlman qadın olaraq bir sıra mədəni problemlərlə də üzləşmişdir.

O deyir: Hədəfim müsəlman qadınların gələcəyi üçün yeni bir üfüq açmaqdır. Avstraliya çoxmədəniyyətli bir ölkə olmağı ilə tanınır. Amma bu moda sahəsində elə də gözə görünmür. Mən istəyirəm ki, müsəlman qadını barədə yaranmış yanlış obrazı zehnlərdən silim.

Hənnanə əlavə edib: İslamofobiya hər gün artır. Bəzən hicab örtmək mənim üçün problemlər yaradır. Hicablı müsəlman qadın barədə medialarda mənfi təsəvvür yaradılıb. İslam hicabı vacib edib. Məncə hicab təkcə dini simvol və şəxsin müsəlman olmasının göstəricisi deyil.  

Qeyd edək ki, 2017-ci ilin rəsmi hesabatına əsasən Avstraliyada 600 min müsəlman yaşayır. Müsəlmanlar ölkənin 2.6 faiz əhalisini təşkil edirlər. Bu rəqəm 5 il öncəyə nisbətdə 15 faiz çoxalmışdır.    

http://iqna.ir/fa/news/3797144  

Teqlər: iqna ، modelyer ، moda ، dəb ، avstraliya ، hicab
captcha