IQNA

Səudiyyə koalisiyası dünən 12 Yəmənli uşağı öldürdü

9:25 - March 13, 2019
Xəbər sayı: 3484837
Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi işğalçı koalisiyanın hərbi hava qüvvələrinin Yəmənin Həccə əyalətinin Kəşər şəhərinə hücumu nəticəsində 12 azyaşlı uşaq və 10 qadın öldürülüb.  

Səudiyyə koalisiyası dünən 12 Yəmənli uşağı öldürdüİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, təkfirçi, vəhabi və terrorist Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi işğalçı koalisiyanın hərbi hava qüvvələrinin dünən, həftənin ikinci günü, 12 Mart 2019-cu il, Yəmənin Həccə əyalətinə etdikləri hücum nəticəsində onlarla insan şəhid olub və yaralanıb.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Humanitar İşlər Koordinatoru Lizzie Grande Tibbi Qaynaqlara istinadən deyib: Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi işğalçı koalisiyanın hərbi hava qüvvələrinin Yəmənin Həccə əyalətinin Kəşər şəhərinə hücumu nəticəsində 12 azyaşlı uşaq və 10 qadın öldürülüb.  

O deyib: Bu hücumlarda 30 nəfər də yaralanıb. Onların arasında 14 nəfər yaşı 18-dən aşağı olanlar var.

Humanitar İşlər Koordinatoru əlavə edib: Yaralı uşaqların çoxu Səna və Əbəs şəhərlərindəki xəstəxanalara daşınıblar.

http://iqna.ir/fa/news/3797518  

Teqlər: iqna ، yəmən ، səna ، bmt
captcha