İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çinli arxeologlar ölkənin şimal-qərbində yerləşən Henan əyalətində rahiblərə aid qədim məzarlıq kəşf ediblər.
Henan əyalətinin Anyang şəhərində kəşf edilmiş bu məqbərə Çinin 1115-1234-cü illərdəki imperatorluq dövrünə aiddir.
Məqbərənin (məzar, türbə) uzunluğu 9.3 və eni 3.6 metrdir. Məqbərədə dörd rahibin cəsədinin qalıqları tapılmışdır.
Kərpicdən tikilmiş məqbərədə aşkar edilmiş yazı və rəsmlər rahiblərin həmin dövrdəki həyat tərzi və adətlərini göstərir.
Habelə rəsm və yazılarda həmin dövrün müxtəlif etiqadi məsələləri, dinlər, tibb və ictimai yaşam tərzi barədə əldə edilən məlumat bu məqbərini öz növündə bənzərsiz edir.
Məqbərənin dörd otağı var. Hər otaqda saxsı qablar var. Saxsı qablarda isə rahiblərin sümükləri saxlanır.
Çinin arxeoloqları bu məqbərini ehtiva etdiyi müxtəlif məlumatlara görə çox nadir məzarlıqlardan biri hesab ediblər.