IQNA

Yeni Zelandiyada baş verənlərə beynəlxalq reaksiya

16:47 - March 15, 2019
Xəbər sayı: 3484847
Bu gün, həftənin Cümə günü, 15 Mart 2019-cu il, Yeni Zelandiyanın Kraystçörç şəhərində yerləşən iki müsəlman ibadət ocağında törədilən terror hücumu beynəlxalq səviyyədə məhkum edildi.

Yeni Zelandiyada baş verənlərə beynəlxalq reaksiyaİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin Cümə günü, 15 Mart 2019-cu il, Yeni Zelandiyanın Kraystçörç şəhərində yerləşən iki müsəlman ibadət ocağına vəhşicəsinə terror hücumu edilib.

Şəhərin Linvud və Din-avenyu rayonlarındakı məsicdlərə Cümə namazı zamanı edilən terror hücumunda onlarla müsəlman şəhid edilib və yaralanıb.

Bu terror hadisəsini müxtəlif ölkələrin rəsmi qrumları, beynəlxaql ictimai təşkilatlar və İslami mərkəzlər, o cümlədən əl-Əzhər İslam Mərkəzi, İslam Dünyası Birliyi Təşkilatı, İSESCO və müxtəlif ölkə başçıları şiddətli şəkildə qınayıblar.  

Misrin əl-Əzhər İslam Mərkəzi bəyaniyyə yayaraq elan edib: Bu addım dünyadakı İslamofobiyanın və xarici miqrantlar əleyhinə başladılmış nifrət kampaniyasının şiddətli görüntüsüdür. Bu terror hadisəsində Allah evinin hörməti sındırılıb və günahsız insanların qanı tökülmüşdür. Buan görə də irqçi və radikal islamofob cərəyanlara ciddi xəbərdarlıq verilsin və bu məsələdə heç bir güzəştə gedilməsin.  

İSESCO bu cinayəti radikal islamofob və irqçi cərəyanların İslam və müsəlmanlar əleyhinə çıxışlarının nəticəsi adlandıraraq elan edib:  Bütün dövlətlər bu dəhşətli cinayəti məhkum etməlidirlər və Yeni Zelandiya müsəlmanlarına dəstək olmalıdırlar. Habelə hadisəni törədənlər cəzalandırılmalı və Yeni Zelandiya dövləti müsəlmanların hüquqlarını qorumalıdır.

Hadisəni İndoneziya, Hindistan, Pakistan, Əfqanıstan, Avstraliya, Malaziya, Fici Adaları respublikası, Türkiyə, Rusiya və Avropa Birliyi kimi dövlətlər, beynəlxalq qrumlar, ictimai və İslami təşkilatlar pisləyiblər.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan hadisənin qurbanlarının ailələri ilə həmdərdliyini və qəmlərinə şərik olduğunu elan edərək deyib: Dünyada İslamofobiyanın inkişafı insanları fərdi şəkildə əziyyət etmək və incitmək səviyyəsini aşaraq qətliam dərəcəsinə gətirib çıxarıb. Yeni Zelandiyada baş vermiş hadisə uzunmüddətli bir proqram əsasında icra edilib. Buna görə də buna başqa adla don geyindirmək olmaz.    

http://iqna.ir/fa/news/3798010  

captcha