IQNA

"Hollandiyada gözəçarpacaq dərəcədə Quran fəaliyyətləri var"

11:54 - April 14, 2019
Xəbər sayı: 3484988
Hollandiyada Quran mərkəzləri və məscidlərin az olmasına və Quran fəaliyyətləri üçün münasib şərait və imkanların olmamasına və ya az olmasına rəğmən bu ölkədə Quran sahəsində xeyli işlər görülmüşdür.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının 36-cı Beynəlxalq Qurani-Kərim Yarışlarında Hollandiyanı Quranın peşəkar qiraətçisi Rza Qurbanpur təmsil edir. O, Qurani-Kərimi 15 yaşında ixtisaslı şəkildə öyrənməyə başlayıb. 22 yaşında isə Quranın peşəkar qarisi olub. Qurbanpur Qurani-Kərimin tilavət muğamında Əbdülbasit Əbdüssəməddən təqlid edir. İran İslam Respublikasının 36-cı beynəlxalq Quran yarışları onun xaricdə ilk yarış təcrübəsidir.  

O, İranın yarışlarının iki mərhələli olmasına münasibət bildirərək dedi: Birinci mərhələnin elektron və "online" olması yarışçıya kömək edir ki, hansı səviyyədə olduğunu bilsin və özünü sonrakı mərhələlər üçün hazırlasın. Həmçinin yarışların da səthi yuxarı səviyyədə olur. Bundan əlavə yarışların xanımlar, kişilər, görmə qüsuru olanlar və tələbələr kimi kateqoriyalara bölünməsi də yarışlara xüsusi görkəm verir.  

Hollandiyalı Quran qarisi İQNA ilə müsahibəsində dedi: Hollandiya Avropa ölkəsidir. Bu ölkədə çox az məscid və İslam mərkəzləri var. Bu ölkənin müsəlmanları əsasən Türkiyə və İraq kimi ölkələrdən gələn mühacirlədir. Buna görə də Hollandiyanı Quran fəaliyyətləri baxımından heç vaxt müsəlman ölkələri ilə müqayisə etmək olmaz.

O vurğuladı: Amma Hollandiyada Quran mərkəzləri və məscidlərin az olmasına və Quran fəaliyyəti üçün münasib imkanların olmamasına rəğmən bu ölkədə Quran sahəsində xeyli işlər görülmüşdür.

Rza Qurbanpur Quran fəaliyyətləri sahəsində sosial şəbəkələrin roluna işarə edərək dedi: Bu ölkədə məscidlər və dini təlim mərkəzlərinin olmadığı üçün sosial şəbəkələr bu sahədə çox əhəmiyyətlidir. Bu baxımdan bir çox dini proqramlarımız sosial şəbəkələr vasitəsi ilə həyata keçirilir.

 http://iqna.ir/fa/news/3803349

captcha