IQNA

"Mədinə Müshəfi"nin müxtəlif dillərə tərcüməsinin proqramı hazırlandı

8:54 - May 11, 2019
Xəbər sayı: 3485111
"Mədinə Müshəfi" proqram təminatı mobil telefonların üzrəinə yüklənə bilər. Proqram təminatında Quranın Fars, İngilis, Türk, Urdu, Fransız, İspan, Alman və digər dillərdə tərcüməsi də yerləşdirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanda "Mədinə Müshəfi"nin və həmin müshəfin Farsca tərcüməsinin proqram təminatı hazırlanıb.

"Mədinə Müshəfi"nin və həmin müshəfin Farsca tərcüməsinin proqram təminatının təqdimat mərasimi cari həftənin Cüməaxşamı günü, 9 May 2019-cu il,  Səudiyyə Ərəbistanın İslami İşlər, İrşad və Təbliğat Nazirliyinin Riyazdakı qərargahında keçirilib.

"Mədinə Müshəfi" proqram təminatı mobil telefonların üzrəinə yüklənə bilər. Proqram təminatında Quranın Fars, İngilis, Türk, Urdu, Fransız, İspan, Alman, İtaliyan, Səvahili, Housa və Yapon dillərində tərcüməsi də yerləşdirilib.

Mədinə Müshəfi proqram təminatı Mədinənin "Məlik Fəhəd Quran Çapı Kompleksi"nin təşəbbüsü və Səudiyyə Ərəbistanın İslami İşlər, İrşad və Təbliğat Nazirliyinin nəzarəti ilə hazırlanıb.  

http://iqna.ir/fa/news/3810321

captcha