IQNA

Əbu-Zəbidə hər gün 30 min nəfərlik iftar yeməyi paylanılır

10:44 - May 12, 2019
Xəbər sayı: 3485120
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) ən böyük məscidi sayılan Əbu-Zəbi şəhərinin Şeyx Zayid məscidində namazqılanlara hər gün 30 min nəfərlik iftar yeməyi paylanılır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) ən böyük məscidi sayılan Əbu-Zəbi şəhərinin Şeyx Zayid məscidində namazqılanlara hər gün 30 min nəfərlik iftar yeməyi paylanılır.

Namazqılanların arasında paylanılan iftar paketlərində xurma, ayran, düyü ilə bişirilmiş yeməklər, cücə əti və göyərti verilir.

Şeyx Zayid məscidinin məsullarının verdiyi məlumata əsasən, mübarək Ramazan ayında namazqılanlara iftar süfrəsi açılması proqramı üçün altı ay öncədən hazırlıqlar görülür. Bunun üçün məscidə 400 aşpaz və 500 xidmətçi cəlb edilir. Bunadan əlavə xeyriyyə təşkilatından könüllülər də yeməklərin paylanılması işində köməyə gəlirlər.

Ramazan ayında iftar yeməklərinin hazırlanmasını öhdəsinə götürmüş şirkətin rəisi Şeyə əl-Kəəbi deyir: Fəxr edirəm ki, oruc tutanlara xidmət edirəm. Çünki müxtəlif ölkələrdən olan insanları bir iftar süfrəsində görmək mənə çox əzətməli görsənir.

Qeyd edək ki, BƏƏ-nin Şeyx Zayid məscidi "Məscidun-Nəbi" və "Məscidul-Həram"dan sonra dünyanın 3-cü ən böyük məscididir. Bu məscid 2007-ci ilin Ramazan ayında istifadəyə verilib.   

http://iqna.ir/fa/news/3810426

توزیع روزانه 30 هزار بسته افطاری در مسجد شیخ زاید ابوظبی

Teqlər: iftar süfrəsi ، iqna ، bƏƏ
captcha