IQNA

Birmingamda Quran təlimi mərkəzi təsis edilir

22:21 - May 13, 2019
Xəbər sayı: 3485127
Birmingam şəhər şurasının həmkarlığı ilə Quran təlim mərkəzi təsis ediləcək. Bu işin layihəsi əhər şurası tərəfindən təsdiq ediləsə də, işin icrasına şəhər şurasının rəsmi icazəsindən sonra başlanacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "birminghammail.co.uk" informasiya portalına istinadla verdiyi xəbərə görə, Birmingam şəhər şurasının həmkarlığı ilə Qurani-Kərim təlim mərkəzi təsis ediləcək.

Bu işin layihəsi İngiltərənin Birmingam şəhər şurası tərəfindən təsdiq ediləsə də, işin icrasına şəhər şurasının rəsmi icazəsindən sonra başlanacaq.

"Beynəlxalq Elm, Ədalət və Sülh Mərkəzi" adlanacaq bu Quran təlimi məktəbi altı dərs otağı, ümumi sərgi sahəsi, çoxməqsədli toplantı salonu və digər imkanlar ilə təchiz ediləcəkdir. Bu mərkəzdən Cümə namazı, toy mərasimi və xətm məclisləri kimi məqsədlər üçün istifadə edilməyəcək.

Qeyd edək ki, bu mərkəzi 1993-cü ildə təsis edilmiş QAF Ərəb Quran Müəssisəsi yaradıb.

QAF Müəssisəsinin məsulları bildiriblər ki, Quran təlimi mərkəzində dilşünaslıq, dinşünaslıq, Ərəb dili və Quran ədəbiyyatı kimi mövzular araşdırılacaqdır.

http://iqna.ir/fa/news/3811135/

captcha