IQNA

Ayətullah Təsxiri:

"Quran fitrəti tərənnüm edir və insan həyatının yol cizgisidir"

7:38 - May 14, 2019
1
Xəbər sayı: 3485132
Qurani-Kərim insanın tarixini və həmçinin gələcəyini ortaya qoyur. Buna görə də Quran sahəsində görülən hər bir iş bəşəriyyətin mənəvi inkişafına və kamilləşməsinə xidmət edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının 27-ci beynəlxalq Qurani-Kərim sərgisinin beynəlxalq bölməsi dünən (13 May 2019) günün ikinci yarısında Tehranın İmam Xomeyni (r.ə) müsəllasında fəaliyyətə başlayıb.

İran İslam Respublikasının 27-ci beynəlxalq Qurani-Kərim sərgisinin beynəlxalq bölməsinin açılış mərasimində İİR-nın qadınların işi üzrə prezident müavini Məsumə İbtikar, Pakistanın İrandakı səfiri Rüfət Məsud, İraqın Tehrandakı mədəniyyət əlaqələri idarəsinin rəisi Yasir ƏbdüzZəhra, İslami Məzhəblərin Yaxınlaşması Təşkilatının (TƏQRİB) Ali Şurasının rəisi Ayətullah Məhəmməd Əli Təsxiri və Hindistan, Bəhreyn, Pakistan, Malaziya, Tunis, Fələstin, Tacikistan, Yəmən, Nigeriya, Azərbaycan, Əfqanıstan, Fil Dişi Sahili və İraqın nümayəndələri iştirak ediblər.

İslami Məzhəblərin Yaxınlaşması Təşkilatının (TƏQRİB) Ali Şurasının rəisi və Dünya Müsəlmanlarının Lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin İslam Dünyası Məsələləri Üzrə Müşaviri Ayətullah Məhəmməd Əli Təsxiri mərasimdə çıxış edərək deyib: Pak fitrət insana həyat cizgilərini göstərir və Qurani-Kərimin ecazkarlıqlarının da biri də insanın fitrəti ilə uyğun olmasıdır. Qurani-Kərim insanın pak fitrətini və vicdanın dərinliklərini açıqlayır, onu tərənnüm edir və bəşəriyyətə insanın həyat yolunu göstərir.

O əlavə edib: Qurani-Kərim insanın tarixini və həmçinin gələcəyini ortaya qoyur. Buna görə də Quran sahəsində görülən hər bir iş bəşəriyyətin mənəvi inkişafına və kamilləşməsinə xidmət edir.

Ayətulla Təsxiri vurğuladı: Quran gərək bizim dilimiz, gözümüz və qulağımız olsun və bizə rəhbərlik etsin. Biz insanın problemlərini araşdırmalı, müxtəlif rəyləri öyrənməli və sonra suallarımızı Qurandan soruşmalıyıq. Quranın cavablarını dəqiq öyrəndikdən sonra bəşəriyyətin problemlərini həll edə bilərik.     

http://iqna.ir/fa/news/38113233

Nəşr edilmiş: 1
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
Anonim
0
0
Salam
captcha