Sahartv-nin bildirdiyinə görə, bu motorsiklet bazar günü axşam Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin qərbində yerləşən Əd-Dəvasə məntəqəsində partladılıb.
May ayının əvvəllərində də Mosul şəhərində oxşar terror aktı törədilmişdi. O zaman da partlayış nəticəsində 2 nəfər yaralanmışdı.
İŞİD terror qruplaşmasının İraqda məğlubiyyətə uğramasına baxmayaraq, bu terror qruplaşmasının qalıqları ölkənin müxtəlif məntəqələrində pərakəndə şəkildə terror aktları törətməkdə davam edirlər.