IQNA

Türkiyə Qambiyalı ehtiyaclıları arasında qida səbədi payladı

10:10 - May 26, 2019
Xəbər sayı: 3485195
Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi özünün humanitar fəaliyyətlərinin davamında mübarək Ramazan ayı münasibəti ilə Qambiyanın ehtiyaclı müsəlmanları arasında qida məhsulları səbədi paylayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "trt"-yə istinadla verdiyi xəbərə görə, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi özünün humanitar fəaliyyətlərinin davamında mübarək Ramazan ayı münasibəti ilə Qambiyanın ehtiyaclı müsəlmanları arasında qida məhsulları səbədi paylayıb.

Afrikanın qərbində yerləşən Qambiya respublikasının Ali İslam Şurası bu məsələdə TİKA (Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi) ilə həmkarlıq edib.  

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi 8 tonluq qida məhsulları səbədini Qambiyanın paytaxtı Bancul şəhərində yaşayan ehtiyaclı ailələrə çatdırıb.  

Türkiyə bundan əlavə Banculun xəstəxana və həbsxanalarına da 200 qida məhsulu səbədi paylayıb.

Qida məhsulları səbədlərinin paylanılması işində Qambiyanın Türkiyədəki səfiri İsmayil Səfa Yucər də iştirak edib.

Qambiyanın Türkiyədəki səfiri İsmayil Səfa Yucər Türkiyənin bu addımını iki ölkə arasında əlaqələrinin uzunmüddətli olmasının simvolu hesab edib.

Qambiyanın Ali İslam Şurasının sədr müavini İmam Şərif Malik Badican Türkiyə cümhuriyyətinə göstərdiyi köməyə görə təşəkkürünü bildirib.

http://iqna.ir/fa/news/3814547

 

captcha