IQNA

İndoneziyalı məşhur: "Həmişə Fələstini dəstəkləyəcəyik"

19:41 - June 24, 2019
Xəbər sayı: 3485381
Tuvan Guru Bacang: Biz həmişə xaql və dövlət olaraq Fələstini dəstəkləyirik. Çünki Fələstin və Qüds təkcə Ərəb və ya müsəlmanların məsələsi deyil, humanitar və ümümbəşəri bir məsələdir.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziyanın Qərbi Nusanitgaray əyalətinin sabiq qubernatoru Tuvan Guru Bacang ölkəsində tanınmış siyasi simalardan biridir.

O, 2017-ci ildə İndoneziyanın daxili işlər nazirliyi tərəfindən "ən yaxşı qubernator" adına layiq görülmüşdü.

Tuvan Guru Bacang 36 yaşında qubernator seçilir. Vəzifədə olduğu illdərdə rəhbərlik etdiyi əyaləti siyahının 26-cı yerindən (2015) 19-cu yerinə (2016) yüksəltmişdir. 2014-2016-cı illərdə əyalətin iqtisadi inkişafını 9.9 faiz artırmışdır.

Həm də "Məhəmməd Zeynul-Məcd" adı ilə tanınan bu siyasətçi, ictimai xadi, din alimi, Quran və təfsir ustadı və tanınmış şəxsiyyət həm də Quran hafizidir. "Tuvan Guru Bacang" (mənası: Cavan Mürşid Ağa) adı da ona İslam maarifini və şəriət hökmlərini gülcü bildiyi üçün verilmişdir.

«محمد زین المجد»؛ چهره‌ای قرآنی و بهترین استاندار سال در اندونزی

Məhəmməd Zeynul-Məcd 1992-ci ildə Qahirəyə gedərək Əl-Əzhər İslam Elmləri Mərkəzində Quran elmləri və təfsir ixtisasına yiyələnir. Hazırda da "əl-Əzhərin" İndoneziyadakı "məzunlar birliyi"nin rəisidir və dini maarifçiliklə məşğuldur.

Tuvan Guru Bacang həm də siyasi aktivistdir. O, həmişə Fələstin xalqını dəstəkləyir və İsrailin işğalçılığına qarşıdır.

O deyir: Qüds və Fələstin məsələsi həmişə İndoneziya millətinin qəlbində əzizdir. Biz həmişə xaql və dövlət olaraq Fələstini dəstəkləyirik. Çünki Fələstin və Qüds təkcə Ərəb və ya müsəlmanların məsələsi deyil, humanitar və ümümbəşəri bir məsələdir.   

«محمد زین المجد»؛ چهره‌ای قرآنی و سیاستمداری موفق در اندونزی

Qeyd edək ki, Asiyanın cənub-şərqində yerləşən, adalardan ibarət olan və 1945-ci ildə Hollandiyadan ayrılaraq müstəqillik əldə etmiş İndoneziya cümhuriyyəti 17 min 508 adadan və 33 əyalətdən ibarət bir ölkədir. Əhalisinə görə dünyanın ən böyük ölkəsi olan İndoneziyada 260 milyon nəfər cəmiyyət var. Ölkənin paytaxtı Cakarta şəhəridir. Əhalinin 40 faizini Caveyilər, 15 faizini Sundanilər və 35 fazini digər tayfalar təşkil edirlər. İndoneziya əhalisinin 86.1 faizi müsəlmandır. Bu ölkədə Quran araşdırmaları çox genişdir və Quran hafizləri diyarı adlanır.    

http://iqna.ir/fa/news/3821848

«محمد زین المجد»؛ چهره‌ای قرآنی و سیاستمداری موفق در اندونزی

Teqlər: indoneziya ، fələstin ، misr ، iqna ، quran ، hifz ، hafiz
captcha