İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin tələbələr arasında Qurani-Kərimin peşəkar qiraəti ixtisası üzrə keçirilən milli Quran yarışları final mərhələsini başa vurub.
Kütahya şəhərində keçirilən Quran yarışlarının final mərhələsi dünən, həftənin Cüməaxşamı günü, 4 İyul 2019-cu il, vətəndaşların izdihamlı iştirakı ilə keçirilib.
Bu yarışların final mərhələsində ilk mərhələlərin qalibi olan yeddi nəfər Qurani-Kərimin peşəkar qiraəti üzrə yarışıblar.
Yarışların yekun mərhələsində Türkiyənin Dini İşlər Təşkilatı qalibləri və onların təlimçilərini mükafatlandırıb.