IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin verdiyi açıqlamada bildirilir ki, işğalçı rejimin hücumu nəticəsində 40 fələstinli yaralanıb. Onlardan 22-si həqiqi güllə ilə vurulub.
Məlumata görə, sionist rejim qüvvələri həmçinin 2 fələstinlini həbs edib.
Qəzza əhalisi 30 mart 2018-ci ildən bu yana "Böyük Qayıdış Yürüşü" fəaliyyətləri çərçivəsində Qəzza zolağı sərhədində aksiyalarını davam etdirir.
Qəzza zolağının beş vilayətinin şərq bölgələrində sərhədə yaxın məntəqələrdə yaradılan dönüş düşərgələrində toplaşan fələstinlilər dinc bir şəkildə aksiya keçirir. İşğalçı qüvvələr də silahsız nümayişçilərin üzərinə atəş açmağa davam edir.
İşğalçı rejimin ötən bir il ərzində fələstinlilərin mitinqlərinə hücumu nəticəsində indiyədək 200-dən çox fələstinli şəhid olub. Onlarla fələstinli isə yaralanıb.