IQNA

 Londonda Hicabın fəlsəfəsi ilə tanışlıq kursu keçiriləcək

11:53 - July 09, 2019
Xəbər sayı: 3485474
İngiltərənin paytaxtı Londonda hicabın fəlsəfəsi ilə tanışlıq və Qərb ölkələrində hicabla bağlı problemlərin həlli yolları təlim kursu hicablı müsəlman xanımların iştirakı ilə keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "eventbrite" informasiya portalına istinadla verdiyi xəbərə görə, İngiltərənin paytaxtı Londonda hicabın fəlsəfəsi ilə tanışlıq və Qərb ölkələrində hicabla bağlı problemlərin həlli yolları təlim kursu keçiriləcək.

Bir günlük təlim kursunu Londonda yaşayan sosial və maarifçi müsəlman aktivistlərin təşəbbüsü ilə təşkil ediləcək.

Bu kursda müsəlman qızlar və onların valideynləri hicabın fəlsəfəsi ilə tanış olacaq və hicablı qızların Qərb cameəsində üzləşdiyi problemlərin həlli yollarını öyrənəcəklər.

Bundan əlavə kurslarda iştirak edənlər uyğun mövzuda videolara baxacaqlar, onlar üçün çıxışlar ediləcək və qrup şəkilində maarifləndirmə fəaliyyətinin icrası ilə tanış olacaqlar.  

Hicabın fəlsəfəsi ilə tanışlıq və Qərb ölkələrində hicabla bağlı problemlərin həlli yolları təlim kursu gələn cari həftənin bazar günü, 14 İyul 2019-cu il, London şəhəri yaxınlığındakı İlford rayonunun "əl-Ənsar" təlim mərkəzində keçiriləcək.    

http://iqna.ir/fa/news/3825539

 

Teqlər: hicab ، london ، ingiltərə ، qərb ، islamofobiya ، iqna
captcha