İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin mili təhlükəsizlik qüvvələri "əş-Şərqiyyə" əyalətinin "Minya əl-Qəmh" şəhərinin "Mit Süheyl" rayonunda "Şeyx Mütəvəlli əş-Şirbini" məscidinin nəzdində fəaliyyət göstərən "Xanımların Quran Hifzi Təlim Mərkəzi" terrorizmi dəstəkləməsi bəhanəsi ilə bağlyıblar.
Misrin təhlküəsizlik qüvvələri bu mərkəzdə fəaliyyət göstərən üç nəfər xanımı da hansısa terror şəbəkəsini yönəldirlər bəhanəsi ilə həbs edərək istintaqa cəlb ediblər.
Təhlüksizlik qüvvələri tərəfindən sorğu-sual edilən Quran müəlliməsi xanımların heç bir siyasi cərəyan və ya terror təşkilatı ilə əlaqəli olmadıqları üzə çıxıb və onlar sərbəst buraxılıblar.
Qeyd edək ki, "əş-Şərqiyyə" əyalətinin "Minya əl-Qəmh" şəhərinin "Mit Süheyl" rayonunun "Şeyx Mütəvəlli əş-Şirbini" məscidində Misrin sabiq prezidenti Məhəmməd Mursiyə qiyabi meyyit namazı qılınmışdı. Bu hadisədən sonra Misrin təhlükəsizlik qüvvələri məscidi nəzarətə götürmüş və bəzi namazqılanları tutuqlamışdılar.