IQNA

Yunan adaları rəisi: Yunanıstan dövləti müsəlmanların hüquqlarına diqqətsizdir

9:10 - August 07, 2019
Xəbər sayı: 3485661
Rudes, Dudkanes və İstankuy adalarında yaşayan Türk müsəlmanları mədəni birliyinin rəisi Mustafa Kaymakçı Yunanıstan dövlətindən müsəlmanların məzhəbi və dini hüquqlarına hörmətlə yanaşmağı tələb edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yunanıstanın "Türklərin Mədəniyyət Mərkəzi"nin rəisi bu dövlət tərəfindən müsəlmanların hüquqlarına qarşı diqqətsizliyini, bəzən müsəlmanların hüquqlarının pozulmasını və habelə müsəlmanlara məxsus tarixi binaların dağıdılmasını pisləyib.

Rudes, Dudkanes və İstankuy adalarında yaşayan Türk müsəlmanların mədəni birliyinin rəisi Mustafa Kaymakçı Yunanıstan dövlətindən müsəlmanların məzhəbi və dini hüquqlarına hörmətlə yanaşmağı tələb edib.

Kaymakçı əlavə edib: İstankuy adasındakı Qazi Həsən Paşa məscidi və bu məscidə aid ətraf binalar müsəlmanların idarəçiliyində olan əmlakdır. Bu binalar 2017-ci ilin zəlzələsində zərər görsə də hələ təmir edilməyib.  

O deyib: Bunadan əlavə Gərmə (Platini) köyündə olan digər bir məscid də zəlzələ zamanı zərər çəkib, amma hələ də təmir olunmayıb. Müsəlmanlar o məscidin həyətindən ibadət üçün istifadə edirlər. Hətta müsəlmanlara məscidin təmir edilməsi üçün icazə də verilmir.

O vurğulayıb: Müsəlmanların yaşadıqları yerlərdə bir çox məscid və qəbiristanlıqlar dağılıb məhv olur. Amma bütün bunlara dövlət tərəfindən diqqətsizlik edilir.  

Rudes, Dudkanes və İstankuy adalarında yaşayan Türk müsəlmanların mədəni birliyinin rəisi vurğulayıb: Müsəlmanlara aid olan 34 hektar torpaq sahəsi zorla alınaraq çox aşağı qiymətə bir turizm şirkətinə satılıb. Bundan əlavə müsəlmanların 70 torpaq sahəsini bələdiyyə əllərindən alıb.

O vurğulayıb: Biz Yunanıstan dövlətindən istəyirik ki, mədəniyyətlərin eyniləşdirilməsi, hansısa dinin və ya mədəniyyətin ixtisara salınması və silinməsi siyasətlərinə son qoysun və müsəlmanların dini azadlıq hüquqlarını pozmasın.  

http://iqna.ir/fa/news/3832803

Teqlər: yunanistan ، məscid ، türkiyə ، zəlzələ ، iqna
captcha