IQNA

Kərbəlada 60 ölkədən ziyarətçi

17:07 - December 12, 2014
Xəbər sayı: 2617811
Beynəlxalq qrup: Şəhidlər ağası İmam Hüseynə (ə) olan eşq, hər il minlərlə insanı müqəddəs Kərbəlaya toplayır. Bu il isə ilk dəfə olaraq dünyanın 60 ölkəsindən aşiqlər eşqin vədəgahında görüşüblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" peyk TV kanalının internet saytına istinadən verdiyi xəbərə görə hər an təhlükə ilə üz-üzə olmaqların baxmyaraq dünyanın 60 ölkəsindən olan İmam Hüseyn (ə) aşiqləri Ərbəin (qırx) günü üçün özlərini Kərbəlaya çatdırıblar. Qadın, uşaq, qoca və cavanlar onları təqib edən təhlükəyə əhəmiyyət vermədən piyada yola düşüb və özlərini eşq məktəbinin kandarına çatdırmaq üzrədirlər. Onlar bu axşam və sabah səhər məşuqları ilə buluşma nöqtəsində üzləşəcəklər. Axşamın bu saatların necə də gözəl anlar yaşanmaqdadır və sabah da yaşanacaq.
Keçən il Kərbəlaya dünyanın 30 ölkəsindən ziyarətçi gəldiyi halda bu il bütün təhlükələrə rəğmən bu ədəd iki dəfə çoxalmışdır. Dünyanın hər yerindən, o cümlədən Qafqaz və Orta Asiya ölkələri, Rusiya, Azərbaycan, Ukrayn, Gürcüstan, Türkiyə, Pakistan, Əfqanıstan, Hindistan, Çin, Banqladeş, Afirka, Komor, Əlcəzair, Tanzaniya, Sinqapur, Yenizenlandiya və s... bu il Ərbəin mərasimində iştirak edirlər.
Bu il Ərbəin mərasimində iştirak edənlər sayı 20 milyona qədər təmin olunmuşdur ki, bunun 1 miyon 500 min nəfəri təkcə İrandandır.
Xəbərə görə 75 min xidmətçi dəstə müxtəlif yollarda karvanlara müxtəlif xidmətlər göstərirlər.
İraq nazirliyi ziyarətçiləri daşımaq üçün 3 min avtobus, 4 qatar və 100 təyyarə ayırmışdır. Bu 100 təyyarəni bəzi şiə varlıları bu iş üçün icarə etmişlər.
2617751

Teqlər: kərbəla ، 60 ölkə ، İraq ، Ərbəin ، amerika ، asiya ، qafqaz
captcha