IQNA

Ukraynalı müsəlman xanım ölkəsinin ilk Quran hafizi oldu

10:08 - March 29, 2015
Xəbər sayı: 3054410
Beynəlxalq qrup: Onyeddi il bundan öncə müsəlmanlığı qəbul etmiş ukraynalı bir xanım bu ölkədə ilk dəfə olaraq bütün Quranı hifz edən ilk xanım oldu.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "aquila style" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə 35 yaşlı Vera xanım ki, 17 il bundan öncə müsəlmanlığı qəbul etmişdi bu ölkədə ilk dəfə olaraq bütün Quranı hifz edən ilk xanım oldu.



Quran hafizi xanım Vera bu barədə deyib: İki dil, Ukrayn və Ərəb dili, arasında fərqlilik və vaxt azlığl kimi çoxlu maneələrin olmasına görə inanmırdım ki, bütün Quranı hifz edib əzbərləyə biləm.



Bu ukraynalı Quran hafizi və müsəlman ana əlavə etdi: Quran-Kərimi ölkədə müsəlmanlığı yeni qəbul etmiş həmvətənlərimə də öyrətmək üçün müştaqam və istəyirəm ki, onların zehnlərində həqiqi İslam və doğru din təsvirini yaradam.



Qeyd edək ki, Ukrayna cəmiyyətinin 500 min nəfərini müsəlmanlar təşkil edir ki, bundan öncə bu cəmiyyətin çoxu Krım yarımadasında yaşayırdılar.



3045217         

Teqlər: quran ، hifz ، ukrayn ، krım
captcha