8:46 - April 13, 2015
Xəbər sayı: 3133057
Siyasi qrup: Şiələrin Ali Dini Lideri, İran İslam İnqilabının rəhbəri Həzrət Ayətullah-Üzma Xamaenei müqəddəs Qum şəhərinə səfər edərək Dini Elmi Hövzənin ustadları və təqlid mərcələri ilə görüş keçirdilər.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ali Məqamlı Rəhbərin dəftərxanasının rəsmi xəbər və inofrmasiya portalına istinadən verdiyi xəbərə görə həftənin şənbə günü, Aprel ayının 11-də şiələrin Ali Dini Lideri, İran İslam İnqilabının rəhbəri Həzrət Ayətullah-Üzma Xamaenei müqəddəs Qum şəhərinə səfər edərək Dini Elmi Hövzənin ustadları və təqlid mərcələri ilə görüş keçirdilər.



Bu görüşdə Xamenei həzrətləri Ayətullah-Üzma Vəhid Xorasanini evində ziyarət etmiş, Ayətullah-Üzma Nuri Həmədani və Ayətullah-Üzma Cəfər Sübhani ilə yaxından görüşərək səmimi dioloqlar etmişlər.



Həzrət Ayətullah Xamenei görüşdən sonra Cəmkəran məscidinə gedərək bu müqəddəs məkanı ziyarət etmiş, məsciddə münacat və ibadətlə məşğul olmuşdur.



Qeyd edək ki, Ali Dini Lider keçən həftə də Qumda olmuş və Ayətullah-Üzma Məkarim Şirazi və Şübeyri Zəncani ilə görüşmüşdür.


Teqlər: vəhid ، xorasani ، nuri ، həmədani ، məkarim ، zəncani
Ad:
E-poçt:
* Comment: