7:44 - April 19, 2015
Xəbər sayı: 3171203
Digər media: Müharibə və kino sahəsində iz qoymuş Həbib Cənnətməkan Samirra şəhərində İŞİD terrorçuları ilə döyüşdə şəhid edildi.


İQNA - nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Təsnim”ə istinadən verdiyi məlumata görə, tanınmış kinoaktyor və kinomatoqraf, İraq-İran müharibəsi qazisi Həbib Cənnətməkan İŞİD-lə gedən döyüşlərdə şəhid olub. Şəhidin cəsədi təvaf məqsədi ilə Nəcəf şəhərinə aparılıb. Şəhidin dəfn və yas mərasimi İranın Kərəc şəhərində keçiriləcəkdir.



Şəhid Həbib Cənnətməkan İran – İraq müharibəsində 8 il könüllü surətdə müharibədə iştirak etmiş və dəfələrlə yaralanmışdır.



O müharibədən sonra incəsənət gəlmiş və kinoda işləmişdir. Şəhid məşhur “Muxtarnamə” filminin yaradıcılarından biridir.



Şəhid Həbib Cənnətməkan İraqda “Əbulməkarim” ləqəbi ilə tanınırdı. O, İraqdakı müqəddəs ziyarətgahları qorumaq məqsədi ilə könüllü surətdə bu ölkəyə yollanmış və aprelin 16 da Samirra şəhərində şəhadətə çatmışdır.



 









 

Teqlər: iqna ، təsnim ، iraq ، muxtarnamə ، şəhid
Ad:
E-poçt:
* Comment: