IQNA

Müxtəlif ölkələrdə Ayətullah şeyx Nəmrlə həmrəylik mitinqləri keçiriləcək

10:09 - July 27, 2015
Xəbər sayı: 3335641
Tehran(IQNA)- Dünyanın müxtəlif ölkələrində insan haqları fəalları avqustun 1-də Səudiyyə Ərəbistan şiələrinin tanınmış din alimi Ayətullah şeyx Nəmr Baqir əl-Nəmrin azadlığa buraxılması naminə həmrəylik mitinqləri təşkil edəcəklər.

Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA)-nın Maide.az-a saytına istinadən xəbər verir ki, artıq Ayətullah Nəmr 3 ildirki həbs olunub və 9 aydır ki, onun haqqında edam hökmü çıxarılıb. Avqustun birində insan haqları fəalları Səudiyyə Ərəbistan, Livan, İran, Fransa, Britaniya, ABŞ, Almaniya, Avstraliya, Kanada, İspaniya, Hollandiya, İsveçrə, İrlandiya, Bəhreyn, Kəşmir və digər ölkələrdə Şeyx Nəmrlə həmrəylik mitinqləri keçirəcəklər.
 

Onlar Şeyx Nəmrin tezliklə azadlığa buraxılmasını və Şeyx Nəmr haqqında çıxarılan edam hökmünin ləğvini tələb edəcəklər. Şeyx Nəmrlə həmrəylik mitinqləri “Şeyx Nəmr təhlükədədir” şüarı ilə Səudiyyə rejiminin dünyanın müxtəlif ölklərindəki səfirlikləri önündə keçiriləcək.
 

Qeyd edək ki, Ayətullah Şeyx Nəmr Səudiyyə Ərəbistanı şiələrinin tanınmış alimlərindən biridir. O, 8 iyul 2012-ci il tarixində Səud rejimi tərəfindən həbs edilib.
 

Xatırladaq ki, ötən il oktyabrın 14-də Səudiyyə rejim məhkəməsi Şeyx Nəmr haqqında edam qərarı qəbul edib.  Səudiyyə Ərəbistanı rejiminin Şeyx Nəmri edam etmək istəyi  yerli və beynəlxalq hüquq təşkilatları tərəfindən böyük etirazla qarşılanıb. Böyük müctəhidlər Səudiyyə Ərəbistanın bu istəyinə qarşı etiraz bəyanatları yayıblar.

captcha