IQNA

Marneuli şəhərində möhtəşəm yürüş keçirildi

12:59 - October 24, 2015
Xəbər sayı: 3393057
Tehran(İQNA) - Hər il olduğu kimi bu ildə Gürcüstan müsəlmanlarının təşkilatçılığı ilə Marneuli şəhərində dünən Tasua günü münasibəti ilə möhtəşəm yürüş keçirildi.

Ölkənin müxtəlif bölgələrindən gəlmiş din xadimləri, dindarlar və adi müsəlmanların geniş iştirakı ilə baş tutan yürüşdə mərsiyələr oxundu və İslami şüarlar səsləndirildi.
 

Əhli-Beyt (ə) Cəmiyyətindən başlayıb İmam Əli (ə) məscidində başa çatan yürüşün sonunda İmam Riza (ə) mədrəsəsinin müdiri Haci Əziz Nəbizadə çıxış edərək vəhdət və birlikdən, həmçinin Tasua yürüşünün İmam Hüseyn (ə)-a kömək olduğundan danışıb. Daha sonra cümə namazı qılınıb.

Maide.az

captcha