IQNA

Misirdə 70 İslami ölkənin müftiləri və vəqf nazirləri toplandılar

23:31 - November 14, 2015
Xəbər sayı: 3449521
Beynəlxalq şöbə: Misirin İslami İşlər Ali Şurasının 25-ci beynəlxalq toplantısında 70 İslam və Ərəb ölkəsinin vəqf nazirləri, nüfuzlu alimləri və müftiləri "əl-Əqsər" şəhərində bir yerə toplandılar.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-ehram" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Misirin İslami İşlər Ali Şurasının "Məscid imamları və alimlərin dini dialoqda yenibaxışlı olmaları və təkfirçilik və radikalizmin məhv edilməsi" devizi ilə başlayan 25-ci beynəlxalq toplantısında 70 İslam və Ərəb ölkəsinin vəqf nazirləri, nüfuzlu alimləri və müftiləri "əl-Əqsər" şəhərində bir yerə toplandılar.  Bu toplantı cari ilin Noyabr ayının 14 və 15-də iki gün müddətində keçiriləcəkdir.



Bu toplantıda Əbdul-Fəttah əs-Sisi – Misirin prezidenti, rəislik edəcək və Əl-Əzhərin şeyxi Əhməd Təyyib, həmçinin Misirin Vəqflər Naziri Məhəmməd Muxtar Cümə iştirak edəcəklər.



Həmçinin Fələstinin vəqflər naziri, Qüdsün müftisi, Çad və Ukrayn ölkələrinin müftiləri, Paris şəhəri İbn Sina müəssisəsinin rəisi, Küveytdin Qahirədəki "Beyt Zəkat" dəftərxanasının rəisi, Şrilankanın dini işlər naziri, Hindistanın dini işlər naziri və dini azlıqlar idarəsinin rəisi, Yaponiya müsəlman birliyinin rəisi, Avstraliyanın fətvalar dəftərxanasının baş katibi və bir çox ərəb və İslam ölkələrinin Qahirədəki səfirləri bu toplantıda qonaqdırlar.



447897

Teqlər: misr ، İslam ، radikalizm ، terror ، təkfir
captcha