Misirli şiə mütəfəkkiri dedi:
9:38 - January 02, 2016
Xəbər sayı: 3480003
Tehran, 2 Yanvar 2015 - Rasim ən-Nəfis – misirli şiə mütəfəkkir və şiə rəhbərlərindən biri, öz rəsmi internet səhifəsində yazdı: Bəzi ərəb ölkələrinin hakimləri yəhudilər ilə həmkarlığı şiələrlə qarşılaşmaq üçündür, onlar yəhudilərlə şiələrə qarşı, xüsusilə də Hizbullah və İrana qarşı birləşiblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-yəvm əs-sabe" xəbər agentliyinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Rasim ən-Nəfis - misirli şiə mütəfəkkir və şiə rəhbərlərindən biri, öz rəsmi internet səhifəsində məqalə yazaraq bəzi ərəb ölkələrinin hakimlərini sərt tənqid edərək bildirib ki, ərəb ölkələrinin hakimləri yəhudilər ilə həmkarlığı şiələrlə qarşılaşmaq üçündür, onlar yəhudilərlə şiələrə qarşı, xüsusilə də Hizbullah və İrana qarşı birləşiblər.

Rasim ən-Nəfis - misirli şiə mütəfəkkir və şiə rəhbərlərindən biri, öz rəsmi səhifəsində belə ərəb hakimləri ilə mübarizə aparmaq üçün Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullahdan kömək istəyib.

Həmçinin o, İraqlı şiə lideri Seyyid Müqtəda Sədrə də məktub yazaraq onu arxayın edib ki, misirli şiələrin Seyid Sərdin son tövsiyələrinə əməl edəcəklər.

Rasim ən-Nəfis bu ilin Aşura və Tasua mərasimlərində "Rə`sul-Hüseyn (ə)" məscidinin qapılarının bağlanmasını məhkum edərək, bu işi üzrsüz səhv hesab etdi.

Ad:
E-poçt:
* Comment: