İraqlı Nazir:
12:44 - January 07, 2016
1
Xəbər sayı: 3480039
Tehran, 7 Yanvar 2016 - İraqın XİN rəhbəri İbrahim Cəfəri edam qərarının İslam dünyasında hər bir vicdanlıları narahat etdiyi kimi, İraqlıları da narahat etdiyini bildirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, İraqlı nazir bununla bağlı bəzi açıqlamaları ilə diqqət çəkib"Bu hadisə bizi şoka saldı. Kral Abdullah zamanında Şeyx Nimrin edam olunmaması ilə bağlı müəyyən addımlar atdım və kral mənə söz verdi ki, Şeyx edam edilməyəcək. Ölkəmiz digərlərinin işinə qarışmaq niyyətində deyil, lakin alim təbəqəsindən biri, xüsusən dini mərcəiyyətə bağlı olan birindən söz gedirsə biz sakit dura bilmərik. Bu problemin nəticələrinə mane olmalıyıq".

İslam ölkələri arasında müharibə çıxarmaq istəyən bəzi ölkələrə də ad çəkmədən toxunan Cəfəri "Düşmən bölgədəki İslam ölkələrini heç bir tərəfin qalib olmayacağı bir savaşa sürükləmək niyyətindədir. Bu barədə İranda lazımı addımlar atıldı və təxribatdan çəkinəcək. Mən buna əminəm. Dünya bilməlidir ki, İran heç bir hücumu dəstəkləmir və sülh yaratmaq niyyətindədir."deyə danışıb

Nəşr edilmiş: 1
Yoxlanılır: 1
Nəşrə yararsız: 0
Əhməd
0
0
Bütün İslam dünyası Səudiyyə Ərəbistanın bu cinayətini qınamalıdır.
Ad:
E-poçt:
* Comment: