İQNA-nın (Beynəlxalq Quran
Xəbər Agentliyi) PRESS TV-yə istinadla verdiyi xəbərə görə, Türkiyənin İstambul
şəhərində tarixi abidələrdən biri olan "Sultan Əhməd məscidi"
yaxınlığında partlayış baş verib.
Partlayış baş verən ərazi
İstambulun mərkəzi meydanı və turistlərlə dolu olan bölgələrindən biridir.
Verilən xəbərlərə görə,
hazırda tibbi və təhlükəsizlik məsulları hadisə yerindədirlər.
Partlayışın hədəfi hərbi
qüvvələrə məxsus bir maşın olmuşdur.
Hadisədə çoxlu sayda polis
işçiləri də yaralanmışdır.
Ehtimal olunur ki, bu
partlayış intiharçı terrorist ünsürü tərəfindən həyata keçirilmişdir.