IQNA

Bosniya və Herseqovina Ali Məhkəməsinin hicabı qadağan etməsi müsəlmanların etirazına səbəb olub

9:22 - February 06, 2016
Xəbər sayı: 3480134
Tehran, 06.02.2016 – Bosniya və Herseqovinada məhkəmənin müsəlman qadınlara iş yerlərində hicabı qadağan etməsi ilə bağlı qərarı etirazlara səbəb olub.

IQNA - Ali Məhkəmənin qərarına əsasən, bu ölkənin hicablı vətəndaşları məhkəmələrə müraciət edərkən başlarını açmalıdır. Bundan başqa hicablı qadın vəkillər, qazilər və digər ekspertlər məhkəmə zalına girərkən öz hicablarını açmalıdırlar. Bu qərar Bosniya və Herseqovina müsəlmanlarının etirazına səbəb olub.

Belə ki, Bosniya və Herseqovina müsəlmanları sosial mediada bu qərarın əleyhinə kampaniya başladıblar. Hələlik Ali Məhkəmə öz qərarını geri götürməyib.

Qeyd edək ki, fevralın 1-dəBeynəlxalq hicab günü və Bosniya Ali Məhkəmə Şurasında hicabın qadağan olunmasına etiraz məqsədilə Bosniyada etiraz aksiyaları keçirilib. Bosniyada keçirilən nümayişlərdə nümayişçilər əllərində, "Hicab mənim qürur və fəxrimdir", "Hicab mənim haqqımdır" və sair şüarlarının yazıldığı plakatlar daşıyıblar.

Maide.az

captcha