IQNA

İrlandiyada müsəlmanlara qarşı nifrət çoxalır

12:24 - February 11, 2016
Xəbər sayı: 3480171
Tehran, 11.02.2016 – İrlandiya Müsəlman İcmasının rəhbərləri bildiriblər ki, bu ölkədə islamofoblar çalışırlar ki, əhalidə müsəlmanlara qarşı nifrəti çoxaltsınlar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İNA-ya (Beynəlxalq İslam Xəbər Agentliyi) istinadla verdiyi xəbərə görə, İrlandiya Müsəlman İcmasının rəhbərləri bildiriblər ki, bu ölkədə islamofoblar çalışırlar ki, əhalidə müsəlmanlara qarşı nifrəti çoxaltsınlar.

İrlaniyanın Atlon şəhərində iki kilsənin poçt qutusuna İŞİD terror qruplaşması ilə bağlı kitabça və braşuralar salınıb.

İslamofobların bu addımını İrlandiya Müsəlman İcmasının rəhbərləri və məscid imamları müsəlmanlar əleyhinə atılmış addım və müsəlmanlara qarşı cameədə nifrət yaratmaq və yaymaq məqsədli hərəkət kimi qiymətləndirərək məhkum ediblər.

İrlandiyanın Atlon şəhərinin Sent Poul və Sent Mari kilsələrinin rəhbər keşişləri öz poçt qutularından götürdükləri kitabçalarda belə bir iddianın irəli sürüldüyünü gördülər: "Əldə olan dəlillər göstərir ki, İŞİD terrorçularının təkfirçilik və radikalist təfəkkürləri Qurandan alınmadır!”.

Bu iki kilsənin keşişləri İrlandiya xalqının keçən ilin yayında Tunis terror hadisəsində əldən verdikləri əzizlərinin yasından qurtarmamış bir halda islamofoblarının belə bir addım atdığından narahat olduqlarını bildiriblər.

Kilsələrin poçt qutusuna atılan kitabçalarda İslam dinində "qanuni yaşdan aşağı olan qadınlarla evlənmək, onlara təcavüz etmək, istənilən vaxtda boşamaq, şəxsi işləri görmək üçün insanları qula çevirmək, qeyri-müsəlmanları çarmıxa çəkmək, bədən üzvlərini kəsmək, qeyri-müsəlmanları və dindən çıxanları öldürmək, qeyri-müsəlmanları qorxu altında saxlamaq” kimi qanunların olması və bu qanunların Qurandan götürüldüyü iddia edilmişdir.

Dublin şəhərinin İslam Mədəniyyət Mərkəzinin imamı Şeyx Ömər əl-Qaderi bu barədə deyib: Bu yazıların yazı ülubu göstərir ki, bunlar İslam düşmənlərinin müsəlmanlara qarşı nifrət yaradaraq, oları inzivaya salmaq üçün başladıqları geniş təbliğat kompaniyasının bir hissəsidir. Onlar Quran ayələrini təhrif edərək İslam dinini zorakılıq və terror dini kimi tanıtmaq istəyirlər.

Şeyx Ömər əl-Qaderi bildirib ki, belə bir zehniyyət Dublin şəhərinin sakinləri arasında yoxdur və həmçinin bu məktubları kilsənin poçtuna atanlar İŞİD-dən də deyildir, çünki İŞİD-lə əlaqədə şübhəli bilinənlər polisin nəzarəti alıntdadırlar. Buna görə də bu məsələnin araşdırılması barədə yaxın zamanlarda keşişlərlə görüşümüz olacaqdır.

Qeyd edək ki, keçən ilin yayında Tunisin Suse şəhərində terror zamanı 27 nəfər ölən olmuşdu ki, onların arasında İrlandiya vətəndaşları da var idi.

http://www.iqna.ir/fa/news/3474460


Teqlər: irlandiya ، islamofobiya ، keşiş ، kilsə
captcha