IQNA

Viriceniya Universitetinin müəllimi:

Millətçilik və firqəçilik İslam dünyası yeni problemləri

22:47 - March 05, 2016
Xəbər sayı: 3480254
Tehran, 05.03.2016 – Əbdül-Əziz Saşadina dedi: İslam cameəsində maneə və problem yaradan amillərdən biri də millətçilik və firqəçilik dalğasıdır ki, çox vaxt önyarğılar və təəssüblərlərlə birgədir.

İQNA: Viriceniyanın Corc Masun universitetinin nəzəriyyəçi ustadı, tarixçi və İslamşünas professor Əbdül-Əziz Saşadina İQNA ilə müsahibəsində İslam dünyasının indiki acınacaqlı durumunun nigaranedici olduğuna işarə edərək bu vəziyyətin yaranmasında müsəlmanlar arasında ittihad və vəhdətin olmamamısını və həmçinin müsəlman ölkələrindəki hakimiyyətləri bu vəziyyətin yaranmasında əsas amil hesab etdi.

İslamşünas professor Əbdül-Əziz Saşadina dedi: İslam dini vəhdət yaradan bir qüvvə kimi dünya müsəlmanlarının ictimai kimliyini təşkil edir. İslam ümmətindən söhbət gedirsə, deməli hər bir müsəlman fərdin digər müsəlmanlarla müştərək dini etiqadları üzərində dururuq. Biz dünyada müsəlman olaraq öz İslami dəyərlərimiz və İlahi hədəflərimiz ilə seçilirik. Amma eyni halda hər bir ölkənin tərkibində ümmət olmaqdan aşağı bir həddə hansısa millətin, tayfanın və mədəniyyətin nümayəndəsiyik. Bu iki kimliyin bir-biri ilə ziddiyyəti yoxdur.

Bəs bu problemləri yaradan nədir?

Böyük İslam cameəsində böyük maneə və problemlər yaradan əsas amillərdən biri də yeni irqçilik, millətçilik və firqəçilik dalğasıdır ki, çox vaxt önyarğılar və quru təəssüblərlərlə birgədir. Və kontroldan çıxmış halda insanları ifrata və radikallığa sürükləyir. Və bu çox nigaranedicidir. Digər səbəb isə bəzi hakimiyyətlərin öz qüdrətlərini qorumaq üçün bu məsələni bir az da qabartmalarıdır. Onlar müsəlmanların birliyini görmək istəmirlər. Bu birlik onları qorxudur.

Və bunu da qeyd etmək lazımdır ki, imperialist qüvvələr də İslam ölkələrində təfriqə və parçalanma yaratmaq, müsəlmanları hərc-mərcə sürükləmək üçün bu məsələni qızışdırırlar.

http://iqna.ir/fa/news/3479453


captcha