IQNA

Özbəkistanda "Daşkəndin müqəddəs ziyarətgahları" kitabı çap edildi

0:09 - April 23, 2016
Xəbər sayı: 3480358
Tehran, 23.04.2016 - Özbəkistanda "Daşkəndnamə" silsilə ensklopedik kitabları sırasında "Daşkəndin müqəddəs ziyarətgahları" kitabı da çap edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Özbəkistandan verdiyi xəbərə görə, Özbəkistanda Daşkəndin yaranmasının 2 min 200-cü ili münasibətilə yazılan "Daşkəndnamə" silsilə ensklopedik kitabları sırasında "Daşkəndin müqəddəs ziyarətgahları" kitabı da çap edildi.

Özbəkistanın "Özbək Turizm" mətbuat xəbər agentliyinin verdiyi xəbərə görə, "Daşkəndin müqəddəs ziyarətgahları" kitabı müxtəlif ixtisaslı müəlliflərin nəzarəti ilə yazılıbdır və tezliklər Rus və İngilis dillərinə tərcümə və nəşr ediləcəkdir.

Kitabın yazılmasında arxeoloqlar, tarixçilər, sosialoqlar, coğrafiyaçılar və memarlar iştirak ediblər.

"Daşkəndin müqəddəs ziyarətgahları" kitabı bu şəhərin tarixi, ictimai və dini şəxsiyyətlərindən 80 nəfərinin həyatını işıqlandırmışdır.

UNESCO-nun qeydə aldığına əsasən Daşkəndin yaranmasından 2 min 200 il tarix ötmüşdür, əslində isə tarixi kitablara görə, bu şəhər milladdan 300 il əvvəl yaranmışdır.

Teqlər: iqna ، özbəkistan ، daşkənt
captcha