IQNA

Moskvada Ramazan çadırının açılışı olub

10:56 - June 08, 2016
Xəbər sayı: 3480535
Tehran, 08.06.2016 – "Çadırın unikallığı ondan ibarətdir ki, o hər kəs üçün açıqdır, burada bütün dinlərin, millətlərin və inancların nümayəndələri iştirak edir."
Moskvada Ramazan çadırının açılışı olub


IQNA - Bu sözləri Moskva Müsəlmanları Dini İdarəsinin müftisi Eldar Alyutdinov paytaxtın "Memorial" məscidlərin ətrafında "Ramazan çadırı"nın açılışı zamanı bildirib. Müfti sözlərinə onuda əlavə edib ki, müsəlmanlar öz kitabını və dinini dərindən öyrənməli və ona əməl etməlidirlər.

"Çadırın özəlliyi bundadır ki, o hər kəsi bir araya cəmləyib. Ümid edirik ki, bu ümumi toplantı bizə aramızda olan maneələri aşmağa kömək edəcək."

Qeyd edək ki, Moskva Müsəlmanları Dini İdarəsi Ramzana ayında hər axşam iftar vermək və müxtəlif dini proqramlar təşkil etmək məqsədilə bu il 11-ci dəfə "Ramazan çadır"ını qurur. Çadır bir dəfəyə 450 nəfəri əhatə edə bilmək qabiliyyətinə malikdir. Ümumən, çadır 700 nəfərə xidmət göstərmək iqtidarındadır.

Maide.az

captcha