IQNA

Suriya ordusu İŞİD-in Deyr əz-Zor şəhərinə etdiyi genişmiqyaslı hücumunu dəf etdi

9:06 - August 03, 2016
Xəbər sayı: 3480659
Tehran, 03.08.2016 - Suriya ordusu hərbi aviasiyanın dəstəyilə İŞİD terrorçularının Deyr-əz Zor şəhərinin şimal-qərbinə genişmiqyaslı hücumunun qarşısını aldı.

Suriya ordusu İŞİD-in Deyr əz-Zor şəhərinə etdiyi genişmiqyaslı hücumunu dəf etdi


IQNA - Suriya ordusu İŞİD terrorçularının Bəqiliyə yaşayış məntəqəsinə və Deyr əz-Zor şəhərini su ilə təchiz edən obyektlərə hücumunu dəf edib.

Suriya aviasiyası Deyr əz-Zor şəhərinin qərbində və şimal-qərbində İŞİD terrorçularının mövqelərini bombardam edib.

Suriya ordusu kamikadzenin idarə etdiyi "Hummer” tipli avtomobili ordu postlarına yaxınlaşmadan zərəsizləşdirməyə müvəffəq olub.

Terrorçuların hucumu zamanı onlara məxsus 2 ədəd tank və iki "pikap" tipli avtomobili məhv edilib. Öldürülən terrorçuların sayı barədə məlumat verilmir.

Mənbə: eastnews

captcha