IQNA

Nyu-Yorkda məscid imamı qətlə yetirilib

10:34 - August 15, 2016
Xəbər sayı: 3480698
Tehran, 15.08.2016 – Nyu-Yorkun Kuins dairəsində yerləşən məscidlərdən birinin imamı odlu silahla qətlə yetirilib.

Nyu-Yorkda məscid imamı qətlə yetirilib


İQNA - Nyu-Yorkun Kuins dairəsində yerləşən məscidlərdən birinin imamı odlu silahla qətlə yetirilib, daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Nyu-York polisinin sözçüsü deyib: Təqribən 50 yaşlarında olan bu iki nəfər Kuinz məhəlləsində yerləşən məsciddə qılınan namaz mərasimindən evə qayıdarkən, elə həmin məhəllədə yerləşən Uzun Park adlı məntəqədə atəşə məruz qalıblar.

Polis rəsmisinin verdiyi açıqlamaya görə, məscidin imam camaatı hadisə nəticəsində həyatını itirib. Yanında olan şəxs isə ağır şəkildə yaralanıb

Polisin məlumatına görə, qarətçi şəxs tapança ilə qurbanlarının başından atəş açıb.

Amerika müsəlmanları Nyu-Yorkun "Quinz" məhəlləsində bir araya gələrək, bu şəhər məscidinin imam camaatının qətlə yetirilməsini pisləyiblər. Aksiya iştirakçıları cinayətkarların cəzalandırılmasını tələb ediblər.

Aksiya iştirakçıları şüarlar verərək, ABŞ rəsmilərini müsəlmanları dəstəkləməyə səsləyiblər.

Nyu-York polisi baş vermiş cinayətlə bağlı bir şübhəlinin saxlanılmasından xəbər verib və bu barədə istintaqın davam etdiyini elan edib.

Şəbistan

Teqlər: nyu-york ، məscid ، imam ، qətl ، iqna ، İkna ، quran
captcha