Beynəlxalq Quran
Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, Məşədi Vidadi
Qurbanovun Qurandan ayələr tilavət etməsi ilə başlayan toplantıda öncə Məhərrəm
ayının başlanması münasibətilə baş sağlığı verildi. Sonra çıxış edən
BGMİnin şeyxi Hacı Ramin İgidov və Marneulinin baş axundu imam cümə Hacı
Əziz Nəbiyev din xadimlərinə İmam Hüseyn (ə) üçün keçirilən təziyə məclislərin
haqda müəyyən tövsiyə və fikirlərini çatdırdı.
Hacı Ramin din xadimlərinə İdarənin gördüyü işlər və Məhərrəmlik üçün nəzərdə tutulan proqramlar haqda məlumat verib, ruhnilərin təklif və fikirlərini dinlədi. Ehtiyacı olan məscidlərə səsgücləndiricilər hədiyyə edildi.
Eyni zamanda İmam Hüseyni (ə) tanıtdıran və Kərbəladan alınan dərslər adlı yeni iri tirajda nəşr olunan iki infoqrafik posterlər və yeni çap olunmuş digər dini kitablar din xadimlərinə təqdim olundu.
Qeyd edək ki, çapda olan "Quranla tanışlıq” kitabı və "İman” jurnalının 97-ci sayı xüsusi buraxılış olaraq yaxında din xadimləri vasitəsi ilə oxuculara təqdim olunacaqdır.