IQNA

Roma Papası Fransisk Tbilisidə dini icmaların rəhbərləri ilə görüşüb

10:09 - October 03, 2016
Xəbər sayı: 3480858
Terhan, 03.10.2016 – Gürcüstanda səfərdə olan Roma Papası Fransisk Prezident öncə iqamətgahında, sonra isə Gürcüstanın Patriarxlıq binasında olub.

Roma Papası Fransisk Tbilisidə dini icmaların rəhbərləri ilə görüşüb


Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin dəvəti ilə keçirilən görüşdə dövlət rəsmiləri, dini icmaların nümayəndələri və səfirlər iştirak etdi.

Gürcüstanın Patriarxı II İlya ilə görüşündə isə baş nazir Giorgi Kvirikaşvili iştirak edib. Görüşdə həmçinin Gürcüstanda fəaliyyət göstərən müxtəlif dini konfessiyaların rəhbərləri, o cümlədən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, mufti Hacı Beqlar Kamaşidze və QMİnin nümayəndəsi Hacı Əli Əliyev də iştirak ediblər.

Gürcüstan prezidenti Roma Papasının səfərinin regionda təhlükəsizliyi təmin etmək üçün mesaj olduğunu bildirib. Roma Papası isə çıxışlarında Gürcüstana sülh və əmin-amanlıq arzulayıb.

captcha