İQNA - Eastnews xəbər verir ki, Dünən "əl-Məsira" telekanalı vasitəsi ilə çıxış edən Seyid Əbdülməlik əl-Husi düşmənlərin məqsədlərinə çata bilməyəcəklərini vurğulayıb.
"İmperialist qüvvələr və ABŞ Yəmən xalqının təbii sərvətləri və ehiyyatları üzərində müstəmləkəçilik etmək istəyir.
Yəmən xalqının işğalçılara qarşı göstərdiyi müqavimət onların məğlub olacağını bütün dünyaya göstərir", deyə Seyid Əbdülməlik əl-Husi diqqətə çatdırıb.
Seyid Əbdülməlik əl-Husi ölkənin cənubundakı bəzi qüvvələrin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əməkdaşlıq etdiyini və BƏƏ-nin də birbaşa Böyük Britaniyadan əmr aldığını bildirib.
"Ənsarullah" lideri fərari və sabiq
prezident Mənsur Hadini də Səudiyyə Ərəbistanının adamı olmaqda ittiham edib.