IQNA

Seyid Nəsrullah bu ilin şüarını açıqladı: "Səbr və qələbə"

12:42 - October 03, 2016
Xəbər sayı: 3480860
Terhan, 03.10.2016 – “Hizbullah” lideri Seyid Həsən Nəsrullah Məhərrəm ayının başlamasıyla bağlı çıxış edib.

Seyid Nəsrullah bu ilin şüarını açıqladı:


İQNA-nın İslamazeri.az- a istinadən verdiyi xəbərə əsasən, dünən Beyrutun cənubunda yerləşən kompleksdə çıxış edən Seyid Həsən Nəsrullah bildirib: "İsrail rejimi 1982-ci ildə həyata keçirmək istədiyi planı 2000-ci ildə reallaşdırmaq niyyətində idi. Lakin Livan müqavimət hərəkatı onlara mane olaraq, xalqı oyatdı və işğal olunmuş əraziləri azad etdi. Biz bu hadisəni qələbə adlandırırıq. "Hizbullah”ın bu ilki şüarı "Səbr və qələbə”dir. Qələbəyə səbəb olan məhz səbr və dözümlülükdür.”

İmam Hüseynin (ə) qiyamına toxunan Seyid Nəsurllah deyib: "İmam Hüseynin (ə) yol və düşüncəsi bugünədək islamı radikalizm və vəhşilik müqabilində müdafiə etmiş və Peyğəmbərin (s) düşmənlərini rüsvay edib. Dünya bu gün də qanın qılınca qalib gəlməsinin şahididir. Aşura müsəlmanlar arasında vəhdət və mehribançılığın yayılması üçün bir vasitədir və imam Hüseyn (ə) islam dinini və insani dəyərləri müdafiə edirdi.”

Teqlər: seyid nəsrullah ، İslam ، aıura ، qələbə ، səbr ، iqna ، quran
captcha