IQNA

Hindistan müsəlmanlarına kim sahib çıxacaq? - ARAŞDIRMA

9:28 - October 04, 2016
Xəbər sayı: 3480861
Terhan, 04.10.2016 – Hindistanda yaşayan müsəlmanların yaşadıqları ayrı-seçkiliklə yanaşı özlərini müdafiə edəcək siyasi şüur, media və liderdən məhrum qalmaları dünya müsəlmanlarının gözündən uzaq düşmələrinə səbəb olub.

Hindistan müsəlmanlarına kim sahib çıxacaq? - ARAŞDIRMA


İQNA, Maide.Az-a istinadla xəbər verir ki, "dunyabulteni"nə istinadən xəbər verir ki,Hindistanda təxminən üç yüz milyon müsəlman var. Ümumi əhalinin 22 faizini təşkil etmələrinə baxmayaraq, daha az olduqları görüntüsü yaranır.

Hindistan "Muslim Political Council of India" sədri və "Mission Media"nın banisi doktor Taslim Əhməd Rəhmani, Pakistanın bölünməsinin sonra unudulan Hindistan müsəlmanlarının, siyasi, iqtisadi və təhsil baxımından geri düşdüyünü və şüursuz kütlə halına gətirilən hind müsəlmanlarının oxuma-yazma nisbətinin 2.5 faiz olduğunu açıqlayıb.

Yüz minə yaxın mədrəsənin yerləşdiyi ölkədən, müsəlmanların dini təhsil tələbatının yalnız 4 faizi qarşılanır.

Məhv olmağa qarşı müqavimət göstərməyə çalışan müsəlman xalq və alimlər də ən azından müsəlman mədəniyyətini qorumaq üçün çalışır. Siyasi və intellektual güc göstərəcək strukturları yoxdur. Rəhbərliyin dəstəyindən məhrumdurlar.

Hindistanın Asam bölgəsində 10 milyon müsəlman var ki, onların yarım milyonu evlərindən çıxarılıb, digər yarısı hələ də evlərinə qayıtmayıb. Necə mübarizə edəcəklərinə dair bir planı olmayan kütlə halına çevriliblər. Həmin bölgədə milli, siyasi partiyanın olmaması müşahidə edilir. Yerli təşkilatların. nəşrlərin fəaliyyət göstərdiyi halda, milli qəzetin olmaması diqqət çəkir.

Hind mediasında müsəlmanların yeri tək tərəfli və idarəçilik cəhətdən çox zəifdir. Müsəlmanlara qarşı qərəzli xəbərlər, yazılar yayımlanır. Bununlada müsəlmanların gündəmini istədikləri şəkildə təyin edirlər. Mötədil müsəlman yoxdur iddiası ilə ya fanatik, ya da inqilabçı müsəlman görüntüsü yaradaraq, hər iki kateqoriyaya aid deyilsənsə, o zaman müsəlman deyilsən vurğusu yaradılır.

Hindistanda mediada 33 dil istifadə edilir. Pullarının üzərində 18 dil var. Hindli müsəlmanların ən böyük problemi, səslərini çıxarmamaq və vəziyyətlərini aydın şəkildə ifadə edəcək intellektual, savadlı kadr qıtlığıdır.

Maide.az

captcha